“Qarabağ”ın “Kəpəz”lə Gəncədə keçirəcəyi oyuna ayrılan biletlər satılıb.
Offsideplus.az xəbər verir ki, Misli Premyer Liqasının XII turunda noyabrın 22-də keçiriləcək qarşılaşma üçün qonaq komandaya 976 bilet ayrılıb. Azarkeşlər satışın ilk dəqiqələrindən etibarən bütün biletləri əldə ediblər.
Hazırda satışda cəmi 500 bilet qalıb. W-6 sektoruna biletləri yalnız Gəncə Şəhər Stadionunun kassalarından almaq mümkündür. Kassa sabah saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək.


