UFC-nin ağır çəki döyüşçüsü Conni Uoker hesab edir ki, onun əsas sparrinq tərəfdaşı Aleksandr Volkov növbəti titul döyüşünə çıxmalıdır.

Offsideplus.az xəbər verir ki, o, bu barədə belə danışıb:

"Bəli, Volkovla dostuq. O, mənim əsas sparrinq tərəfdaşımdır, çox güclüdür. O, növbəti titul döyüşünə layiqdir". Qeyd edək ki, Conni Uoker 2026-cı ildə Porrada Training Center-ə keçib və hazırda Volkov da həmin zalda məşq edir.

Uoker həmçinin əlavə edib: "Qan və Hokit bara sərxoş kimi çıxmışdılar. Mən hər ikisini bir günlük xəbərdarlıqla məğlub edərəm".