Portuqaliyalı baş məşqçi Joze Mourinyo 2013-cü ildə "Real Madrid"dən ayrılmasının səbəblərini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Mourinyo 2010-2013-cü illərdə Madrid klubuna rəhbərlik edib və cari mövsümün əvvəlində yenidən komandaya qayıdıb. "2013-cü ildə qala bilərdim, amma kluba olan sevgimə görə ayrıldım. Hiss etdim ki, həmin vaxt komandaya mənim profilimdə olan mütəxəssis lazım deyildi. Bu klub mənim evimdir, həmişə belə hiss etmişəm. Burada işlədiyim illərdə və sonrakı 13 ildə də bu hiss məni tərk etmədi. Həmişə klub üçün ən yaxşısını istəmişəm, azarkeşlərin xoşbəxt olmasını arzulamışam. İlk gündən özümü 'Real Madrid'in bir parçası kimi hiss etmişəm. 'Real Madrid' yalnız çoxsaylı titulları ilə deyil, həm də prinsipləri və yanaşması ilə böyükdür – həm idmanda, həm də cəmiyyətdə. Klubdan uzaq keçirdiyim 13 ildə insanların İspaniyadan kənarda 'Real Madrid'i necə qəbul etdiyini daha yaxşı anladım", – deyə Mourinyo bildirib.


