Keniyalı sprinter Peres Cepçirçir antidopinq qaydalarını pozduğuna görə 3 il müddətinə diskvalifikasiya olunub.
Offsideplus.az "World Athletics"in (Dünya Atletikası) mətbuat xidmətinə istinadən xəbər verir ki, 33 yaşlı atletdən 2026-cı ilin avqustunda götürülən dopinq-nümunəsində eritropoetin aşkarlanıb. Onun barəsində müvəqqəti kənarlaşdırma qərarı ötən ilin oktyabrından qüvvədə idi.
Qeyd edək ki, Peres Cepçirçir Tokio-2020 Olimpiadasının və 2025-ci il dünya çempionatının qızıl medalçısıdır.


