"Vaşinqton Kepitalz"ın rusiyalı hücumçusu Aleksandr Oveçkin NHL-də qolsuz oyunlar seriyasını 14 matça çatdırıb.

Offsideplus.az xəbər verir ki, müntəzəm çempionat çərçivəsində səfərdə "Tampa-Bey Laytninq"ə 2:5 hesabı ilə uduzan paytaxt təmsilçisinin heyətində 41 yaşlı forvard xalsız qalıb.

Sonuncu dəfə oktyabrın 11-də "Sietl"lə oyunda (3:5) fərqlənən Oveçkin bununla da 2023/2024 mövsümündə müəyyənləşdirdiyi şəxsi antirekordunu (ardıcıl 14 matç qolsuz) təkrarlayıb. Cari mövsümdə 16 oyunda 5 xal (1 qol, 4 məhsuldar ötürmə) toplayan hücumçu üçün bu il NHL-də sonuncu olacaq.

Qeyd edək ki, Oveçkin karyerası ərzində müntəzəm çempionatlarda 930, Stenli Kuboku matçları da daxil olmaqla isə ümumilikdə 1007 şayba vurub.

O, ümumi qol sayında yalnız kanadalı əfsanə Ueyn Qretskidən (1016) geri qalır.