Braziliya millisinin vingeri Estevao Sinqapurla yoldaşlıq oyununda (7:0) göstərdiyi çıxışdan sonra baş məşqçi Karlo Ançelottiyə təşəkkür edib.

Offsideplus.az xəbər verir ki, Estevao həmin qarşılaşmada bir qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb. "Mənə yoldaşlıq oyunlarında meydanda olmaq imkanı verildiyi üçün çox sevinirəm. Ançelottinin mənə göstərdiyi etimada görə minnətdaram, çünki hər futbolçu oynamaq istəyir. 'Çelsi'də az şans qazandım, amma milli komandaya dəvət alıb məşqçinin mənə inandığını bilmək motivasiyamı artırır", – deyə Estevao bildirib.

Premyer Liqanın cari mövsümündə Estevao 8 oyunda iştirak edib, lakin məhsuldar hərəkətlə fərqlənməyib.