“Çelsi” “Aston Villa”nın yarımmüdafiəçisi Boubakar Kamaraya transfer təklif etmək imkanı əldə edə bilər.

Offsideplus.az xəbər verir ki, Birmingem təmsilçisi 26 yaşlı futbolçunu komandada saxlamaqda maraqlıdır və yalnız təxminən 80 milyon funtluq ciddi təklif qarşılığında onun satışını nəzərdən keçirə bilər.

Transferin daha çox gələn yay baş tutacağı ehtimal olunur. Hələlik futbolçu ilə bağlı rəsmi təklif irəli sürülməyib.