Fransa millisinin sabiq hücumçusu Antuan Qrizmann Kriştiano Ronaldunun Portuqaliya yığmasından ayrılmasına münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, o, Ronaldunun milli karyerasını başa vurmasının onu çox kədərləndirdiyini deyib:

"Kriştiano tam bir əfsanədir, maşındır, bombardirdir və qalibdir. Onunla qarşı oynamaq mənə həmişə zövq verib. Portuqaliya ilə qazandıqları isə tarixdir. Onu əvəzləmək çox çətin olacaq".