17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2026/2027 mövsümü üzrə Avropa çempionatının seçmə mərhələsinin I raundunda növbəti oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, Emin Mustafayevin baş məşqçisi olduğu komanda Litvanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.
Gərgin keçən görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Millimizin heyətində 65-ci dəqiqədə fərqlənən Rəsul Balakişiyev komandamıza ilk xalı qazandıran bərabərlik qoluna imza atıb.
Qeyd edək ki, U-17 yığmamız qrupdakı əvvəlki matçlarında Şimali İrlandiya (0:4) və Almaniya (0:7) seçmələrinə məğlub olmuşdu.


