Rusiyalı ağırçəkili döyüşçü Aleksandr Volkov UFC ilə daha sərfəli şərtlərlə yeni müqavilə bağlayıb. Onun meneceri İvan Bannikov bu barədə məlumat verib.
Offsideplus.az xəbər verir ki, Bannikovun sözlərinə görə, Volkov bir neçə döyüşü əhatə edən yeni müqaviləyə imza atıb və artıq çempionluq döyüşü üçün danışıqlar aparılır. Volkovun aktivində 41 qələbə və 11 məğlubiyyət var. O, 2016-cı ildən UFC-də çıxış edir və bu müddətdə 20 döyüş keçirib (15 qələbə, 5 məğlubiyyət).
Aleksandr Volkov həmçinin Cosh Hokitin Brüs Baffera orta barmaq göstərməsini tənqid edib: "Bu, gülməli deyil. Hokit bütün hədləri aşıb".


