Gürcüstanlı UFC döyüşçüsü Merab Dvalişvili İslam Maxaçevə açıq çağırış ünvanlayıb.
Offsideplus.az xəbər verir ki, o, Nurmaqomedov qardaşları – Usman və Umarla yaşanan mübahisəni şəxsən müzakirə etməyə hazır olduğunu bildirib.
Dvalişvili məsələ ilə bağlı bunları söyləyib:
"İslam, əgər danışmaq istəyirsənsə, istəsən mənə gələ bilərsən, ya da mən sənin yanına gələ bilərəm. Bütün qardaşlarla bir araya gəlib hər şeyi sakit şəkildə müzakirə edə bilərik. Mən özümü tam haqlı sayıram və məhz buna görə də Əhməd Hacıməhmədovla əl sıxıb məsələni bağladıq. Münaqişəni davam etdirməyin heç bir mənası yox idi. Amma Umar və Usmanın bu vəziyyətdəki davranışı tamamilə qəbuledilməz idi. Ona görə də hər ikisi mənim hörmətimi itirdi və hər ikisini qorxaq hesab edirəm".
Dvalişvili əlavə edib ki, Əhmədə sillə vurduğuna görə peşman deyil: "Mən tam haqlı idim, çünki məni təhrik etmişdilər".


