“Real Madrid” “Mançester Yunayted”in gənc futbolçusunu transfer edir. 

Offsideplus.az xəbər verir ki, onlar JJ Qabrielin transferi ilə bağlı 3 mövsümlük müqavilə imzalamağa yaxındır.

Məlumata görə, İspaniya klubu 18 yaşlı futbolçunun yetişdirilməsinə görə “Mançester Yunayted”ə təxminən 360 min avro təzminat ödəyəcək.

İngiltərəli gənc futbolçu əvvəlcə “Real Madrid”in U-19 komandasında çıxış edəcək. Yanvar ayından etibarən isə klubun ikinci komandası olan “Kastilya”da oynamaq hüququ əldə edəcək.