NBA-nın "Oklahoma Siti Thunder" və "Yuta Caz" klubları mövsümün əvvəlində əsas oyunçularının zədələnməsinə baxmayaraq, ön xəttə yeni oyunçu transferinə ehtiyac duymur.
Offsideplus.az xəbər verir ki, insayder Mark Steynin məlumatına görə, "Oklahoma Siti Thunder" Çet Holmgrenin sıradan çıxmasından sonra belə, heyətdəki Ayzeya Hartenşteyn, Ceylin Uilyams və yeni mərkəz oyunçusu Aday Maranın Holmgren qayıdana qədər komandanın ehtiyaclarını qarşılaya biləcəyinə inanır. "Yuta Caz" isə Caren Cekson, Lauri Markkanen və Yusuf Nurkiçin zədələrinə baxmayaraq, ən azı yaxın müddətdə tələsik transfer və ya dəyişiklik etmək niyyətində deyil və vəziyyətə ölçülü yanaşmağı planlaşdırır.


