NBA rəhbərliyi Avropada yeni basketbol liqasının yaradılması üçün "Real Madrid", "Barselona", "Milan" və "Paris Sen-Jermen" kimi aparıcı klubları layihəyə cəlb etməyə çalışır.

Offsideplus.az xəbər verir ki, bu məqsədlə NBA milyardlarla dollar dəyərində infrastruktur fondu formalaşdırır. Layihəyə böyük maliyyə qurumları dəstək verir və NBA öz ehtiyatlarından da milyardlarla vəsait ayırmağa hazırdır. Yeni liqanın 2027/28 mövsümünün əvvəlində fəaliyyətə başlaması planlaşdırılır. Hələlik 12 daimi iştirakçı klub müəyyənləşməyib. Onlara əlavə olaraq, Basketbol Çempionlar Liqasının finalçıları və Avropa daxili turnirlərinin qalibləri üçün 4 açıq yer ayrılacaq. Gözlənilir ki, yaxın illərdə Avropa basketbol bazarı "EuroLeague" və NBA Avropa liqası arasında bölünəcək.