“Tottenhem” braziliyalı hücumçu Riçarlisonun yanvar transfer pəncərəsində komandadan ayrılmasına razıdır.

Offsideplus.az xəbər verir ki, London təmsilçisi 28 yaşlı futbolçunun qiymətini 10-15 milyon funt sterlinqə endirib.

Məlumata görə, “Trabzonspor” artıq transferlə bağlı danışıqlara başlayıb. “Qalatasaray”, “Fulhem” və “Everton” da braziliyalı hücumçunun xidmətində maraqlıdır.

Riçarlison daha çox oyun təcrübəsi qazanmaq istəyir və karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə üstünlük verir.