Lukas Vaskez "Bayer"də Xabi Alonsonun fəaliyyətini və "Barselona"nın gənc cinah oyunçusu Lamin Yamala yüksək qiymət verib.
Offsideplus.az xəbər verir ki, Vaskez Xabi Alonsonun rəhbərliyi altında "Bayer"in mövsümü məğlubiyyətsiz başa vurduğunu, Çempionlar Liqasının dörddəbir finalına yüksəldiyini və Almaniya Kubokunu qazandığını bildirib. O qeyd edib ki, Alonso burada əsl kumirə çevrilib və onun işi hər kəsi heyran edir.
Lamin Yamal barədə danışan Vaskez vurğulayıb: "Lamin elə bir istedaddır ki, əvvəllər belə futbolçu görməmişik. Bu yaşda bu qədər önəmli və istedadlı oyunçuya rast gəlməmişəm. Bizim başqa futbolçularımız da "Qızıl top"a iddialı olub, amma Lamin artıq indi əsl superulduzdur".


