Bu gün Azərbaycan U-19 milli futbol komandası UEFA Avro 2027 U-19 Çempionatının 1-ci təsnifat mərhələsinin 2-ci qrupunun üçüncü oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, Azərbaycan komandası Farer adalarına qarşı oynayıb.
19:00 Farer adaları (U-19) 0:2 Azərbaycan (U-19)
Azərbaycanın qollarını 16-cı dəqiqədə Ümid Səlimov və 67-ci dəqiqədə penalti zərbəsindən Mustafa Kamara vurub.
Xatırladaq ki, U-19 əvvəlki matçlarında Monteneqroya 2:7, Serbiyaya isə 0:4 hesabı ilə uduzub.


