“Arsenal”ın yarımmüdafiəçisi Martin Zubimendinin gələcəyi sual altındadır.
Offsideplus.az xəbər verir ki, London klubu ispaniyalı futbolçunun transfer qiymətini 70 milyon avro olaraq müəyyənləşdirib.
Məlumata görə, az oyun vaxtı aldığı üçün 27 yaşlı yarımmüdafiəçi “Arsenal”dakı gələcəyini nəzərdən keçirir və komandadan ayrılması mümkündür.
Madrid “Atletiko”su futbolçunu yenidən La Liqaya qaytarmaq istəyir. “Çelsi” də Zubimendinin vəziyyətini yaxından izləyir.


