"Arsenal"ın yarımmüdafiəçisi Deklan Rays klubu ilə yeni müqavilənin şərtlərini razılaşdırıb. 5 illik nəzərdə tutulan anlaşma yaxşılaşdırılmış maliyyə şərtlərini əhatə edir.
Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs "X" sosial şəbəkəsində məlumat yayıb.
İngiltərə millisinin üzvünün əvvəlki müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədə idi və daha bir mövsüm uzadılma bəndini ehtiva edirdi.
Qeyd edək ki, Rays cari mövsümdə London təmsilçisinin heyətində bütün turnirlərdə 15 oyuna çıxıb və ümumilikdə 1232 dəqiqə meydanda olub.
O, meydan oyunçuları arasında bu göstəriciyə görə komandada yalnız müdafiəçi Qabriel Maqalyaynsdan (1395 dəqiqə) geri qalır.


