İngiltərənin "Mançester Siti" klubu Premyer Liqa ilə davam edən hüquqi mübarizəni uduzacağı təqdirdə ciddi böhranla üzləşə bilər.
Offsideplus.az xəbər verir ki, araşdırmaçı jurnalist Nick Harrisin məlumatına görə, klubun bir neçə aparıcı futbolçusunun menecerləri bütün apellyasiya şikayətləri uğursuz nəticələnəcəyi halda müştərilərinin komandanı azad agent kimi tərk etmə yollarını araşdırmağa başlayıblar.
Mümkün ayrılıqlarla bağlı gündəmə gələn ən böyük ad isə norveçli ulduz hücumçu Erlinq Halanddır.
-
"Real Madrid": İspaniya nəhəngi "Real Madrid"in prezidenti Florentino Peresin gələn mövsüm ərəfəsində Erlinq Haalandı "Santiaqo Bernabeu"ya gətirəcəyinə inamının getdikcə artdığı bildirilir.
-
Hazırkı müqaviləsi: Haalandın "Mançester Siti" ilə 2034-cü ilin yayına qədər qüvvədə olan uzunmüddətli müqaviləsi mövcuddur. Normal şərtlərdə onun transferi dünya rekordu tələb etsə də, klubun maliyyə qaydalarını pozduğuna görə ağır idman sanksiyaları (aşağı liqaya salınma və ya avrokuboklardan uzaqlaşdırılma) alacağı təqdirdə, FIFA qaydalarına əsasən futbolçuların müqaviləni birtərəfli qaydada pozaraq pulsuz ayrılmaq hüququ yarana bilər.
-
Kütləvi ayrılıq riski: Hüquqi proseslərin yekun nəticəsi gözlənilərkən, "Mançester Siti"nin ulduzlarının menecerləri əvvəlcədən ehtiyat planları hazırlayaraq mümkün sanksiyalar zamanı heç bir transfer haqqı ödənilmədən yeni klublara keçid imkanlarını dəyərləndirirlər.


