İliya Topuriyanın keçmiş həyat yoldaşı Corcina Ustatagi onların 2025-ci ildə baş tutmuş boşanması barədə danışıb.
Offsideplus.az xəbər verir ki, Ustatagi bu qərarın asan olmadığını bildirib:
"Belə qərarlar heç vaxt asan verilmir, ayrılıq prosesi də çətindir. Amma mənim üçün bu, verə biləcəyim ən düzgün qərar idi. Əgər münasibətləri davam etdirsəydim, prinsiplərimdən imtina etməli olacaqdım. Buna isə yol verə bilməzdim. Hər şeyə baxmayaraq, ona yalnız uğurlar arzulayıram. Axı o, qızımın atasıdır və həyatımda mühüm rol oynayıb. İndi isə yollarımız ayrılıb".


