Kanada millisinin və "Bavariya Münhen"in müdafiəçisi Alfonso Devis yüngül əzələ zədəsi alıb.
Offsideplus.az xəbər verir ki, futbolçu KONKAKAF Millətlər Liqasının 1/4 final mərhələsində Qvatemala ilə oyunda (3:2) zədələnib. Münhen klubunun mətbuat xidməti Devisin sol budunun arxa əzələsində yüngül dartılma aşkarlandığını açıqlayıb. Jurnalist Filip Kesslerin məlumatına görə, 26 yaşlı müdafiəçi 7-10 gün yaşıl meydanlardan kənarda qalacaq. "Bavariya Münhen"in planı Devisin növbəti həftə Çempionlar Liqasında "Lill"lə qarşılaşmaya qədər sıraya dönməsidir.


