UFC-nin keçmiş çempionu Con Cons və Coş Hokit arasında sosial şəbəkələrdə qalmaqal yaşanıb. Cons onu tənqid edən döyüşçülərin növbəti matçda məğlub olduğunu bildirərək Hokitin "UFC 334"də Siril Qana uduzmasına eyham vurub.

Offsideplus.az xəbər verir ki, Hokit qarşı tərəfə ağır ittihamlarla cavab verib:

"Sən qadın döyən, narkotik istifadəçisi və rüsvayçılıq nümunəsisən. Komanda yoldaşımız Simonenin həyatını məhv etdiyin üçün utanmalısan. O, sənə güvənirdi, amma səninlə yaxınlıqdan sonra narkotikə qurşandı və həyatını itirdi. Buna görə cavabdehsən".

Cons isə Hokiti bir müddət internetdən uzaq durmağa çağırıb və iddiaları rədd edib:

"Onun şizofreniyası var idi, narkotiklə əlaqəsi yox idi. Xəstəxanaya yerləşdirilməsinə və İsveçrəyə qayıtmasına məhz mən kömək etmişəm".

Keçmiş çempion Hokitə həmişə hörmətlə yanaşdığını, lakin qarşılığında hörmətsizlik gördüyünü deyib və ona döyüşdə zərbələri sifətlə qarşılamamağı məsləhət görüb. Qarşılıqlı atışmada Hokit rəqibini çəkisini süni şəkildə azaltmaqda günahlandırıb, Cons isə onun heç vaxt özü kimi uğur qazana bilməyəcəyini vurğulayıb.