"Dallas Maveriks"in gənc forvardı Kuper Fləgg, "Boston Seltiks"ə məğlubiyyətdən sonra mətbuat konfransına xəstə halda qatılıb. Oyunçunun səsi tutulmuş və burnu tutulmuş vəziyyətdə olduğu diqqət çəkib. Fləgg bir neçə gündür özünü yaxşı hiss etmədiyini bildirib.
Offsideplus.az xəbər verir ki, Fləgg bu barədə belə danışıb: "Düşünürəm, səfərlər və ardıcıl oyunlar təsirini göstərdi. Bu, çətindir, amma hər kəs belə vəziyyətdən keçir, mən də bunun öhdəsindən gəlməliyəm".
Gənc basketbolçu həmçinin "Dallas Maveriks"in son oyunlardakı uğursuzluqlarının davamlı hal almaması üçün nə etməli olduqlarını izah edib: "Hər şey bizim veteranlarımızdan, liderlərimizdən başlamalıdır. Özüm də daha yaxşı oynamalıyam. Yenidən yığışmalı, bədənimi qaydasına salmalı, psixoloji olaraq bərpa olmalıyam. Biz ton verməli və göstərməliyik ki, asanlıqla təslim olmuruq".
Qeyd edək ki, "Dallas Maveriks" son üç oyunda "Minnesota Timberwolves"a 94:133, "Boston Seltiks"ə 94:131 hesabı ilə böyük fərqlə uduzub, "Klivlend Kavalers"in ehtiyat heyətinə isə 117:127 hesabı ilə məğlub olub.


