NBA-nın sabiq oyunçusu Montrez Harrell karyerasının Çin dövrü barədə təəssüratlarını bölüşüb.
Offsideplus.az xəbər verir ki, Harrell "Sinçzyan Flaying Taygers"də keçirdiyi iki ayı çox çətin xatırladığını bildirib. O qeyd edib ki, orada hər anını narazılıqla keçirib və Çindəki həyat tərzinə uyğunlaşa bilməyib: "Çində iki ay qaldım və hər saniyəsini nifrətlə xatırlayıram. Orada da məni bəyənmirlər, çünki qayıdandan sonra hər şeyi açıq danışdım. Mən nə Şanxayda, nə də Pekində yaşamırdım. Qaldığım şəhər heç bir məşhur yer deyildi. İnsanlar liftdə siqaret çəkir və sənə sanki laboratoriya dovşanı kimi baxırlar. Bu, dərhal evdən nə qədər uzaqda olduğunu hiss etdirir. Hətta onların sənin haqqında nə danışdıqlarını belə başa düşmürsən. Daim məşqçi heyətindən birinə xahiş edirdim ki, yeməyi gətirmək üçün kiçik robot göndərsin, çünki orada verilən yeməklər mənə uyğun deyildi. Masada gözləri və hər şeyi ilə birlikdə bütöv balıq başı olurdu... Hər gün eyni şeyi yeyirdim: qızardılmış düyü, portağal sousunda toyuq və qaynadılmış yumurta".
Qeyd edək ki, Montrez Harrell 2024/25 mövsümündə "Sinçzyan Flaying Taygers"in heyətində 8 oyunda orta hesabla 12,9 xal və 4,9 ribaundla yadda qalıb.


