Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti komandadakı qeyri-qənaətbəxş nəticələrə, xüsusilə DÇ-2026-dakı çıxışa görə onun istefasını tələb edən əfsanəvi futbolçu Romarioya cavab verib.
Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis veteran hücumçunun fikirlərinə belə münasibət bildirib:
"Bu, söz azadlığıdır və demokratik ölkədə hər kəsin fikir bildirmək hüququ var. Romario öz düşüncəsini deyib — doğru, yalan və ya cəfəngiyyat danışmaq hər kəsin öz işidir. Həqiqət budur ki, Romario həddindən artıq çox danışır və bu da onun hüququdur".
Ançelotti hazırda komandada yeni oyunçuların və sxemlərin sınaqdan keçirildiyini vurğulayıb:
"Hazırda heyəti yeniləyirik və yeni futbolçuları yoxlayırıq. Dəyərləndirmələr çox müsbətdir. Həmişə yaxşı oynamaq istəyirik, amma eyni vaxtda həm sınaqlar aparıb, həm heyəti yeniləyib, həm də tam hazır komandaya sahib olmaq mümkün deyil. Biz düzgün yoldayıq və seçdiyimiz istiqamətdə irəliləməyə davam edəcəyik".


