Azərbaycan Basketbol Liqasında VII tura bu gün keçirilən iki qarşılaşma ilə yekun vurulub.

Offsideplus.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan matçda NTD və "Naxçıvan" komandaları üz-üzə gəliblər. Görüş "Naxçıvan"ın 84:56 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Gənc heyətlə mübarizə aparan NTD bu mövsüm hələ də qalibiyyət sevinci yaşaya bilməyib.

Turun digər oyununda isə "Sumqayıt" doğma meydanda – Sumqayıt OİK-də "Ordu" klubunu qəbul edib.

Yerli komanda rəqibinə heç bir şans verməyərək 123:88 hesablı böyük qələbə qazanıb.