Futbol üzrə Azərbaycan millisi bu gün səfərdə Andorra yığması ilə yoxlama oyunu keçirəcək.
Offsideplus.az xəbər verir ki, Enkamp şəhərində baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Bu görüş Emin Mahmudov üçün millidə vida matçı olacaq.
Qeyd edək ki, Ayxan Abbasovun komandası noyabrın 13-də Millətlər Liqası çərçivəsində səfərdə Lixtenşteynə 1:0 hesabı ilə qalib gəlib.
Yoxlama oyunu
16 noyabr (bazar ertəsi)
22:00 Andorra - Azərbaycan


