Fransa millisinin sabiq yarımmüdafiəçisi Benoa Pedretti yığmanın Millətlər Liqasındakı çıxışını dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, Pedretti bu mərhələnin uğurlu keçdiyini və Fransa yığmasının pley-offa yüksəldiyini bildirib. O, heyətdə yenilənmənin baş verdiyini, xüsusilə də Kunya kimi oyunçuların komandaya qoşulmasını müsbət qiymətləndirib. Pedretti bəzi futbolçuların mövqelərinin dəyişdiyini, Şerkiyə də bu baxımdan diqqət yetirdiyini vurğulayıb.

"Oyuna gəldikdə, xüsusilə hücumda çox yaxşı ideyalar var. Komanda topa maraqlı şəkildə nəzarət edir. Müdafiədə isə hələ də səhvlər qalır və onların üzərində işləmək lazımdır. Ümumilikdə isə deyə bilərəm ki, Zidan hazırda öz işinin öhdəsindən əla gəlir", – deyə Pedretti qeyd edib.