PSJ-nin qapıçısı Matvey Safonov Rusiya millisinin çıxışı barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Safonov hazırkı yığmanın oyununu maraqlı və baxımlı hesab etdiyini bildirib. "Beş il əvvəl Splitdəki komanda ilə indiki heyəti müqayisə etmək çətindir. Rəsmi oyunlar keçirmirik, bu, real sınaq deyil. Bəli, maraqlı və yaxşı futbol oynayırıq, buna əminəm. Amma səviyyəmizi yalnız geri dönüb güclü yığmaya qarşı oynayanda yoxlaya biləcəyik", – deyə Safonov vurğulayıb.