Argentina millisinin baş məşqçisi Lionel Skaloni hücumçu Lionel Messinin gələcəkdə məşqçi heyətinə qoşulması ehtimalı barədə danışıb.
Offsideplus.az xəbər verir ki, Skaloni bu barədə belə deyib: "Əgər o, məşqçi heyətinə qoşulmaq istəsə, heç bir problem yoxdur. Xüsusilə də indi, Valter Samuel artıq burada deyil. Fikrimcə, Messi hələ oynamağa davam edəcək. Milli komandada yox, amma 2030-cu ildən sonra da meydanda olacaq. Ümid edirəm, Leo bacardığı qədər futbol oynayacaq".


