Kley Tompson "Mayami Hit"in heyətində Yannis Antetokounmpo və Bem Adebayo ilə meydançadakı əməkdaşlıqdan danışıb. O bildirib ki, bu oyunçular şəxsi məqsədlər güdmədən həm hücumda, həm də müdafiədə fədakarlıq nümayiş etdirirlər.

Offsideplus.az xəbər verir ki, Tompson komandanın ön xəttinin NBA-də ən yaxşı duetlərdən birinə çevrildiyini vurğulayıb: "Yannis son dövrlərdə inanılmaz oyun sərgiləyir və bəzən onun hər axşam nəyə qadir olduğunu adi hal kimi qəbul edirik. Eyni sözləri Bem üçün də deyə bilərəm. O, öz oyununa daha çox inam qazanır və belə istedadlı tərəfdaşla əməkdaşlıq etməyi öyrənir. Son doqquz qarşılaşma bizim üçün dönüş nöqtəsi oldu, lakin biz bununla kifayətlənmək fikrində deyilik və qələbə seriyasını davam etdirmək istəyirik".