Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-pri turnirinə yekun vurulub.

Offsideplus.az xəbər verir ki, yarışın son günündə ağır çəkidə (+100 kq) mübarizə aparan təmsilçimiz Kənan Nəsibov qızıl medal qazanıb.

O, ardıcıl olaraq Jantilek Nurtilepulı (Qazaxıstan), Tyeman Diabi (Fransa), Saba İnaneişvili (Gürcüstan) və finalda Losseni Koneni (Almaniya) məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər cüdoçumuz Uşanqi Kokauri (+100 kq) isə İqor Vraçar (Serbiya) və Yerasıl Kajıbayevi (Qazaxıstan) üstələsə də, yarımfinalda Losseni Koneyə uduzub. O, bürünc medal uğrunda ukraynalı Yevgeni Baliyevski ilə görüşə hələlik açıqlanmayan səbəbdən çıxa bilməyib.