Qadın voleybolçulardan ibarət "Turan" klubu bu gün CEV Çempionlar Liqasında növbəti oyununa çıxacaq.
Offsideplus.az xəbər verir ki, Azərbaycan təmsilçisi III təsnifat mərhələsinin cavab matçında Bolqarıstanın "Maritsa" kollektivini qəbul edəcək.
Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək görüş saat 18:00-da başlayacaq.
Səfərdəki ilk oyunda rəqibini 3:0 hesabı ilə məğlub edən "Turan" cavab qarşılaşmasında da qələbə qazanacağı təqdirdə turnirin qrup mərhələsinə vəsiqə qazanacaq.


