Fransa millisinin və "Real Madrid"in müdafiəçisi İbrahima Konate komanda yoldaşı Kilian Mbappenin "Qızıl top" mükafatına layiq olduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, Konate bu il mükafatın "Bavariya Münhen"in hücumçusu Harri Keynə verilməsinə münasibət bildirib. "Mbappenin əhvalı əladır. Təbii ki, tam haqq etdiyin halda "Qızıl top"u almamaq çətindir. Amma o, tam motivasiyalıdır və səylə çalışır", – deyə Konate vurğulayıb.


