"İnter"in baş məşqçisi Kristian Kivu "Milan"a 1:3 hesabı ilə uduzduqları derbidən sonra komandasının vəziyyəti barədə danışıb.

Offsideplus.az xəbər verir ki, Kivu mövsümün uzun olduğunu və hər zaman eniş-yoxuşların yaşandığını bildirib. O qeyd edib ki, məqsədə çatmaq üçün əzmkarlıq, səbir və fədakarlıq lazımdır. "Əsas odur ki, uğursuzluqdan sonra yenidən ayağa qalxmaq, birgə qalmaq və ortaq məqsədə doğru irəliləmək bacarığı olsun. Məqsədə çatmaq üçün hər şeyi etmək lazımdır və yolda büdrəmək mümkündür. Uğursuzluqlara münasibət də önəmlidir. Biz hər şey yaxşı gedəndə başımızı itirmirik, nəsə alınmayanda isə ruhdan düşmürük. Mövsümü uğurla başa vurmaq və onu xüsusi etmək üçün çalışırıq", – deyə Kivu vurğulayıb.

Qeyd edək ki, "İnter" A Seriyasında 11 turdan sonra 28 xal toplayaraq turnir cədvəlində ikinci pillədə qərarlaşıb.