"Bayern Münhen" heyətini gücləndirmək və gələcək üçün qapıçı xəttini sığortalamaq məqsədilə transfer siyahısını genişləndirir.
Offsideplus.az xəbər verir ki, Oliver Baumann ilə yanaşı, İngiltərə Premyer Liqasında və Bundesliqada çıxış edən təcrübəli adlar klubun skautlarının diqqət mərkəzindədir.
-
Bernd Leno: "Fulham"ın əsas qolkiperi siyahıda yüksək pillələrdə qərarlaşıb. Onun möv
cud müqaviləsi başa çatmaq üzrə olsa da, London klubunun birtərəfli qaydada sözləşməni uzatmaq opsiyası mövcuddur. Buna baxmayaraq, Lenonun Almaniya nəhəngindən gələcək təklifə müsbət yanaşdığı bildirilir. -
Loris Karius: "Şalke 04"də sərgilədiyi performansla diqqət çəkən qolkiper də "Bayern"in maraq dairəsindədir. Xüsusilə cari mövsüm "Bavariya" ilə keçən matçda komandasını xilas edən təsirli çıxışları klub rəhbərliyinin diqqətindən yayınmayıb.


