“Bavariya”nın qapıçısı Manuel Noyer Almaniya Bundesliqasının 9-cu turunda “Maynts”la səfər matçında növbəti rekorda imza atıb.
Offsideplus.az xəbər verir ki, qolkiper bu oyunda “Bavariya”nın Bundesliqada meydana çıxan ən yaşlı futbolçusu rekordunu yeniləyib. O, 40 yaş 225 günlüyündə bu göstəriciyə nail olub. Əvvəlki rekord 40 yaş 198 günlüyündə meydana çıxmış Bernd Dreyerə məxsus idi.
Qeyd edək ki, Noyer "Maynts"la sözügedən matçda ayağından xəsarət alaraq ilk hissədə əvəzlənib.


