Misli Premyer Liqasının 11-ci turunda “Zirə” “Qəbələ”yə qalib gəldi - 2:1.

Offsideplus.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında Rəşad Sadıqov media önünə çıxıb: 

"Oyuna olduqca yaxşı başladıq, erkən qol vurduq. Qoldan sonra rəqib pressinq etdi, oyunumuz alınmadı. İkinci hissədə yaxşı oynadıq, istədiyimiz oyunu oynadıq. Oyunun ağır olacağını bilirdik. Qələbə münasibəti ilə “Zirə” camiəsini təbrik edirəm”.

Mütəxəssis əvəzetmələrin özünü doğrultması barədə bunları deyib:

“Əslində, 4-2-3-1 sistemi ilə hazırlaşmışdıq. Əsas heyətdə İsmayıl və Cibrila yer almalı idi. Lakin onlar iki gün əvvəl zədələndilər. Krisi əvvəldən meydana buraxsaydıq, ikinci hissədə ondan lazımi şəkildə yararlana bilməyəcəkdik. Vierinya isə zədədən yeni qayıdıb. O, oyunun tempinə tam uyğunlaşa bilməyəcəkdi. Allaha şükür olsun ki, bu gün bu sistemlə qələbə qazana bildik”.

Çalışdırıcı Riçard Almeyda ilə görüşündən də danışıb:

“Məşqçiliyin çox ağır və stresli iş olduğunu dedim. Allahın köməkliyi ilə işimizin öhdəsindən gələk. Ona uğurlar arzulayıram”.