"Andorra" futbol klubunun qapıçısı Xesus Ovono komanda yoldaşı Xesus de Migelin faciəvi ölümündən sonra dərin şok yaşayır.

Offsideplus.az xəbər verir ki, Andorraya qayıtdıqdan sonra evindən çölə çıxmayan qapıçıya anası, ailəsi və keçmiş komanda yoldaşları dəstək olmağa çalışırlar.

Təcrübəli qolkiperin baş verənlərlə barışmaqda çətinlik çəkdiyi və davamlı olaraq göz yaşlarını saxlamadığı bildirilir.

Klubun sahibi Jerar Pike də futbolçunun bu ağır dövrü dəf etməsi üçün şəxsən köməklik göstərir.