Almaniya millisinin sabiq yarımmüdafiəçisi Ditmar Hamann yığmanın qapıçı seçimi ilə bağlı kəskin fikirlər səsləndirib.

Offsideplus.az xəbər verir ki, veteran futbolçu Mark-Andre ter Ştegenin komandaya dəvət olunmasını və bir nömrəli qapıçı seçilməsini tənqid edib.

Nümayiş etdirilən oyunu yetərsiz hesab edən Hamann bunları bildirib:

"Mark-Andre ter Ştegenin bunu nə üçün haqq etdiyini başa düşmürəm. O, milli komandada heç vaxt özünün ən yaxşı oyununu nümayiş etdirməyib. Kloppun onu birinci qapıçı seçməsinin tək səbəbi artıq Manuel Noyer və ya Oliver Kanın olmamasıdır. Düşünmürəm ki, o, bu dəvətə layiqdir".

Qeyd edək ki, qarşıdakı oyunlar üçün yığmanın heyətinə ter Ştegenlə yanaşı Aleksandr Nyubel və Yonas Urbix də dəvət alıblar.