21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi noyabrın 9-dan 17-dək "Dalğa" Təlim-Məşq Mərkəzində toplanış keçirəcək.
Offsideplus.az xəbər verir ki, hazırlıq prosesi çərçivəsində yığmamız Omanın U-23 komandası ilə iki yoldaşlıq görüşündə üz-üzə gələcək. Qarşılaşmalar noyabrın 14-də və 17-də baş tutacaq.
Matçların keçiriləcəyi arena və başlama saatı barədə əlavə məlumat veriləcək.
Heyətə dəvət alan futbolçular bunlardır.
Nr. Adı / Soyadı Klub
1 Sadiq Məmmədzadə İmişli
2 Səlim Həşimov Gəncəbasar
3 Teymur Həsənov Qarabağ
4 Ceyhun Bağırzadə Şamaxı
5 Elgün Dünyamaliyev Sabah
6 Hüseyn Hüseynov Mingəçevir
7 Timur Vəliyev Master-Saturn (Rusiya)
8 Məhəmməd Məhəmmədov Neftçi PFK
9 Həsən Məmmədli Rot-Vays Oberhausen (Almaniya)
10 Mikael Cəbrayılov İnter Barselona (İspaniya)
11 Allahverdi Rəhimov Zaqatala
12 Elnur Mustafayev Mingəçevir
13 Yusif Hacıyev Zirə
14 Qədir Ramazanov Qəbələ
15 Ceyhun Kəlbəliyev Şimal
16 Dinamin Bağırov Gəncəbasar
17 Cuma Hüseynov Qəbələ
18 Elmar Məmmədov Şəfa
19 Əli Xəlilov Aleksandriya (Ukrayna)
20 Müzəffər Qurbanov Dnepr (Belarus)
21 İlkin Cəfərli Sabah
22 Elşən Hidayətov Baku Sporting
23 Yusif Mehtiyev Lokomotiv (Gürcüstan)
24 Niyazi Osmanov Şimal