Azərbaycanın U-15 millisi FIFA dünya çempionatı və festivalında sonuncu matçına çıxıb.

Offsideplus.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçi olduğu yığma 83-cü yer uğrunda görüşdə Əfqanıstanla qarşılaşıb. Hövsan Yarış Kompleksində təşkil olunan matçın əsas vaxtı 3:3 hesabı ilə yekunlaşıb. Penalti seriyasında isə rəqib daha dəqiq oynayıb - 3:2.

Qeyd edək ki, qrup mərhələsini 9 xalla 3-cü sırada bitirən komandamız C Divizionunda mübarizə aparıb. Burada Çili (1:3) və Vyetnamı (2:4) uduzan, Cəbəllütariq (5:1) və Mozambiki (4:1) məğlub edən yığma, son oyunda Əfqanıstana yenilərək turniri başa vurub.

Onu da əlavə edək ki, FIFA U-15 dünya çempionatında bu gün son gündür. Final qarşılaşmaları Bakı Kristal Zalında baş tutacaq.