Türkiyə Superliqasında 10-cu turun qarşılaşmaları bu gün start götürür
Offsideplus.az xəbər verir ki, turun açılış oyununda "Konyaspor" öz meydanında "Qalatasaray"ı qəbul edəcək. Şənbə günü isə "Fənərbağça" "Göztepe" ilə qarşılaşacaq.
Bazar günü "Trabzonspor" "Qaziantep"i, "Beşiktaş" isə səfərdə "Kasımpaşa"nı sınağa çəkəcək. Həmin gün "Başakşəhər" klubu "Samsunspor"la üz-üzə gələcək.
Turun tam təqvimi belədir:
30.10.2026 (cümə)
21:00 | Konyaspor — Qalatasaray
31.10.2026 (şənbə)
14:30 | Erzurumspor — Çorum
17:00 | Kocaelispor — Rizespor
20:00 | Fənərbağça — Göztepe
01.11.2026 (bazar)
14:30 | Amed — Eyüpspor
17:00 | Başakşəhər — Samsunspor
17:00 | Trabzonspor — Qaziantep
20:00 | Kasımpaşa — Beşiktaş
02.11.2026 (bazar ertəsi)
21:00 | Gənclərbirliyi — Alanyaspor


