"Milan" və "İnter"in yeni stadionunun adı məlum olub.

Offsideplus.az xəbər verir ki, arenanın adlandırılması hüququnu Avropanın ən böyük sığorta şirkətlərindən biri olan Assicurazioni Generali əldə edib. Stadion "Generali Stadium" adlanacaq və açılışının 2031/32 mövsümünə planlaşdırıldığı bildirilib.

İtaliya mətbuatının məlumatına görə, 20 illik müqavilə çərçivəsində klublar ümumilikdə 650 milyon avro gəlir əldə edəcək. Klub rəhbərliyi bu razılaşmanı dünya səviyyəsində ən əhəmiyyətli layihələrdən biri kimi dəyərləndirib.

Bununla belə, beynəlxalq oyunlarda stadionun adında sığorta şirkətinin adı istifadə olunmayacaq.