"Minnesota Timbervulvs"un ulduz müdafiəçisi Entoni Edvardsın sağ dizində uğurlu artroskopik əməliyyat keçirilib. Əməliyyat ABŞ-ın Minnesota ştatının Roçester şəhərində yerləşən Mayo klinikasında baş tutub. Edvardsın diz oynağında zədələnmiş qığırdaq, sümük çıxıntıları və ya oynaqdaxili sərbəst fraqmentlərin təmizlənməsi üçün minimal invaziv prosedur icra olunub. Bu müdaxilə oyunçunun ağrılarının azalmasına və hərəkət imkanlarının yaxşılaşmasına xidmət edib.
Offsideplus.az xəbər verir ki, klubun yaydığı açıqlamada Edvardsın tam bərpa olunacağı gözlənilir. Lakin onun meydana qayıdacağı dəqiq tarix açıqlanmayıb. Daha əvvəl verilən məlumata görə, müdafiəçi təxminən iki ay yaşıl meydanlardan uzaq qala bilər. Klubun basketbol əməliyyatları üzrə prezidenti Tim Konelli bildirib ki, Edvardsın qayıtdıqdan sonra əvvəlkindən də yaxşı formada olacağına inanır. Mövsümün əvvəlində 25 yaşlı basketbolçu orta hesabla 33,3 xal, 4,8 ribaund, 3,5 assist və 2 top oğurlama ilə yadda qalıb. İki ay meydandan kənarda qalması onun fərdi mükafatlar uğrunda mübarizədən və gələn yay 4 il üçün 304 milyon dollarlıq "supermaksimal" müqavilə imzalamaq imkanından məhrum olmasına səbəb olacaq.


