FİBA Avropa Kubokunda mübarizə aparan "Gəncə" "Sportinq"i qəbul edib.
Offsideplus.az xəbər verir ki, görüş Gəncə İdman Sarayında baş tutub.
Qərb təmsilçisi məğlubiyyətsiz rəqibini evə əliboş göndərib. Təmsilçimiz oyunun əvvəlindən sonuna qədər öndə olmağı bacarıb - 69:67.
Bakari Kamara qələbənin memarlarından olub. O, 18 xal, 10 ribaundla çıxış edib.
Latavius Mitçell isə 11 xal, 17 ribaund və 7 assistlə mübarizə aparıb.
Bu nəticə tarixində ilk dəfə avrokuboklarda mübarizə aparan “Gəncə” üçün beynəlxalq arenada ilk zəfər kimi tarixə düşüb.
FIBA Avropa Kuboku, C qrupu
19:00 "Gəncə" - "Sportinq" 69:67 (20:18, 18:15, 16:14, 12:20)
Gəncə İdman Sarayı


