Amerikalı oyun qurucu Trent Forrest bu mövsüm “Fənərbaxça”ya qoşulub və artıq Avroliqanın seçilən oyunçularından birinə çevrilib.

Offsideplus.az xəbər verir ki, basketbolçu “Real Madrid”lə oyun öncəsi yeni komandası və hədəfləri barədə danışıb. Forrest heyətdə çoxsaylı yeni oyunçuların olduğunu və baş məşqçi Şarunas Yasikeviçiusun sisteminə uyğunlaşma prosesinin davam etdiyini bildirib.

O, “Fənərbaxça”ya keçidini karyerasında növbəti addım kimi dəyərləndirib və əsas məqsədinin EuroLeague çempionluğu qazanmaq olduğunu vurğulayıb. Forrest “Baskoniya”da keçirdiyi ikinci mövsümdə komanda ilə İspaniya Kral Kubokunu qazandıqlarını da xatırladıb. Basketbolçu Avropaya keçdikdən sonra liderlik bacarıqlarını və oyun üslubunu inkişaf etdirdiyini qeyd edib.