Rusiyalı sabiq futbolçu Aleksandr Mostovoy "Bavariya"nın hücumçusu Harri Keynin "Qızıl top"u qazanmasına münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, Mostovoy Keynin yaşına diqqət çəkib və onun uzun illər futbola verdiyi töhfəni vurğulayıb:

"Əgər Keynin yaşı 33-34 olmasaydı, bəlkə də bu mükafatı ona verməzdilər. Futbol karyerasının böyük hissəsini bu idmana həsr edən insanlara hörmətlə yanaşmaq lazımdır. Keyn əgər "Bavariya Münhen"ə keçməsəydi, hələ də Qızıl topu olmaya bilərdi və heç vaxt heç nə qazanmazdı. Onda da deyərdilər ki, o, zəif hücumçudur? Halbuki, Keyn 500-dən çox qol vurub. Keyn bu mükafata layiqdir, Mbappe də layiqdir. Amma Mbappe 27 yaşındadır, Keyn isə 33. Yamalı isə kənara qoyuruq, çünki o, sabit oynamır".