Keçmiş "Arsenal" və "Barselona"nın yarımmüdafiəçisi Aleksandr Qleb Aleksey Batrakovun "Qalatasaray"dakı çıxışı barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Qleb Batrakovun oyunlarını izlədiyini və onun "Barselona"ya vurduğu qolu xatırladığını bildirib. O qeyd edib ki, Batrakov haqda çox danışılır və onun Çempionlar Liqasında oynamaq təcrübəsi böyük üstünlükdür. Qleb əlavə edib ki, Türkiyə çempionatının Rusiya Premyer Liqasından daha güclü olduğunu düşünmür, lakin Çempionlar Liqasında oynamaq və özünü göstərmək imkanı böyük üstünlükdür. Onun sözlərinə görə, Türkiyədə futbol daha açıq, emosional və hücumameyillidir, bu isə yaradıcı oyunçu kimi Batrakova uyğundur. Qleb həmçinin stadiondakı atmosferin və azarkeşlərin də oyunçuya əlavə motivasiya verdiyini vurğulayıb.

Batırakovun Çempionlar Liqasında "Barselona" və "Lill"ə qol vurmasına toxunan Qleb bildirib ki, bu qollar oyunçunun maraq dairəsini artıra bilər, lakin əsas olan yarımmüdafiəçinin meydandakı ümumi oyunu, məhsuldar ötürmələri və kreativliyidir. Qleb qeyd edib ki, Batrakovu izləyən klublar məhz bu məqamlara diqqət yetirəcəklər.